Azərbaycan Premyer Liqasının bir mövsümündə 31 darmadağın

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 31 qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

Arena.az xəbər verir ki, 16 dəfə meydan sahibləri, 15 dəfə qonaqlar üç və ya daha çox top fərqilə qalib gəlib.

Ən böyükhesablı qələbə 6 top fərqilə olub. Bunların birində 7:1, ikisində 6:0 hesabına təsadüf olunub. “Qarabağ” 7-ci turda “Zirə”ni 7:1, 27-ci turda “Sumqayıt”ı 6:0 hesabı ilə üstələyib. Sonuncular “Sabah”dan da 6 cavabsız qol buraxıb.

Bu görüşlərin üçündə də qonaq komanda qalib gəlib. Öz meydanında ən böyükhesablı qələbə 9-cu turda “Kəpəz”i qəbul edən “Sabah”ın hesabındadır – 5:0

“Qarabağ” hamıdan çox – 10 belə qalibiyyət alıb. “Sabah”ın 8, “Neftçi”nin 7 qələbəsi 3 və ya daha çox top fərqilə olub. “Zirə” 2, “Kəpəz”, “Qəbələ”, “Səbail” və “Turan Tovuz”un hərəyə 1 uğuru var. “Sumqayıt”la “Şamaxi” isə belə qələbə qazanmayıb.

Böyük hesabla uduzmayan komandaların da sayı 2-dir. Bunlar “Qarabağ”la “Sabah”dır. “Sumqayıt” 8, “Səbail” 6, “Kəpəz” 5, “Şamaxı” 4, “Neftçi”, “Qəbələ”, “Turan Tovuz” və “Zirə” hərəyə 2 ağır məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün qalibi “Qarabağ” (90 xal) olub. 81 xal toplamış “Sabah” ikinci, 68 xala malik “Neftçi” isə üçüncü yeri tutub. Ağdam klubu bu yay UEFA Çempionlar Liqasında mübarizə aparacaqsa, paytaxt təmsilçiləri “Qəbələ” ilə birlikdə Avropa Konfrans Liqasında mübarizə aparacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: