Barak Baxar: “Sabah” daha da güclənib”

Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Baxar Konfrans Liqasının 2-ci raundunda “Sabah”a qarşı ilk oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, İsrail klubunun çalışdırıcısı Azərbaycan təmsilçisi ilə Macarıstanda baş tutacaq ilk oyundan öncə bunları dilə gətirib:

“Hər halda, bu, bizim ev oyunumuzdur. Bu, reallıqdır və biz bəhanə axtarmırıq. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görməyi gözləyirik. Ötən mövsümü Azərbaycan çempionatında ən yüksək yerlərdən birində başa vuran komandaya qarşı çətin oyun olacaq. Üstəlik, “Sabah” daha da güclənib. Gözləntilərimi aşağı salmıram, amma çətin matç olacaq. Komandanın bir araya gəlməyə başladığını hiss edirəm. Nəticənin də eyni dərəcədə vacib olduğunu bilirik. Biz maksimum hazır olmalıyıq”, deyə Barak Baxar bildirib.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Makkabi” – “Sabah” matçı bu gün Macarıstanın Kişvarda şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:15-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: