AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, türkiyəli funksioner Avropa çempionatının seçmə mərhələsinin Malta – Belçika oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma oktyabrın 13-də Paoladakı “Toni Betsina” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Barış Şimşəyin bu oyunda işinə qiymət verəcəyi hakimlər hələ rəsmi olaraq açıqlanmayıb.