“Barselona” hələ də Messiyə məvacib ödəyir

“Barselona”nın prezidenti Joan Laporta klubun öz sabiq sabiq hücumçusu Lionel Messiyə 2025-ci ilə qədər məvacib ödəyəcəyini açıqlayıb.

Arena.az “Mundo Deportivo”ya istinadən Joan Laportanın bu xüsusda açıqlamasını diqqətinizə çatdırır:

“Biz Leo üçün komanda ilə əla vida təşkil edəcəyik. Bunu yeni “Kamp Nou”nun açılışında etmək ideal olardı. Biz ona 2025-ci ilə qədər maaş verməliyik, çünki o, bu məvacibini əvvəlki rəhbərlik dövründə təxirə salmışdı”, deyə Laporta bildirib.

Vurğulayaq ki, Messi “Barselona”dan 2021-ci ildə ayrılıb.

36 yaşlı Messi, koronavirus pandemiyası zamanı maaşını azaldıb və məvacibinin qalan hissəsini qarşıdakı illərdə alacağına ümidli olub.

Ulduz hücumçu 2021-ci ildə “Barselona” ilə müqaviləsini yeniləyə bilmədiyi üçün komandadan azad agent qismində ayrılaraq PSJ-yə keçib. Geridə qalmış mövsümün bitməsilə Messi PSJ-dən azad agent qismində MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: