“Barselona” rəsmisindən Mbappenin “Real”a keçidinə münasibət

“Barselona”nın vitse-prezidenti Rafa Yuste PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Arena.az “Mundo Deportivo”ya istinadən Yustenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mbappe “Real”la müqavilə bağlasa, narahat olardımmı? Əsla, dəyməz. Mən komandamızdan narahatam və görürəm ki, Xavi ilə daha yaxşı forma yığır. Bütün deyə biləcəyim budur. Yeni gələnlərimiz çox adicə oyunçulardır və bizim əntiqə gənc futbolçularımıza kömək edəcəklər. Biz La Liqada hökmranlığımızı yenidən gerçəkləşdirməyə çalışmalıyıq”, deyə Yuste bildirib.

Xatırladaq ki, daha əvvəl PSJ Mbappeni klubun Yaponiyadakı mövsümöncəsi təlim-məşq toplanışı üçün müəyyənləşdirdiyi heyətdən xaric edib. Mətubatın yazdığına görə, klub ulduz futbolçunu satışa çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: