Belaydi Pusi də “Turan Tovuz”da qaldı – Rəsmi

2023/2024 mövsümü öncəsi heyətindəki oyunçularla yeni müqavilə bağlayan “Turan Tovuz” hücumçusu Belaydi Pusi ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, Albaniyadan olan 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

O, 2023/2024 mövsümünün sonunadək bu komandanın şərəfini qorumağa davam edəcək.

Belaydi Pusi 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da forma geyinir. O, bu komandanın heyətində 20 oyuna çıxıb, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha öncə “Skenderbeu” və “Vlajniya” kimi klubların da formasını geyinib.

“Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov və Piruz Marakvelidze ilə də yeni müqavilə imzalanmışdı. Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın və Martin Petkovu transfer edən Tovuz klubu Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: