Futobl üzrə Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun qapıçısı Anatoli Trubin bu yay “Benfika”nın oyunçusu ola bilər.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Lissabon klubu yaxın vaxtlarda ukraynalı qapıçının mümkün transferi ilə bağlı “Şaxtyor”la danışıqlara başlayacaq. Trubin eyni zamanda İtaliya nəhəngi “İnter”in də maraq dairəsindədir.
Xatırladaq ki, “neradzurri” Trubini cari yay transfer pəncərəsində “Mançester Yunayted”ə yollanmış sabiq qapıçısı Andre Onanaya əvəzedicisi görür. Milanlılar hələlik müşahidəçi mövqeyi tutublar.
Geridə qalmış 2022/2023 mövsümündə Trubin “Şaxtyor”un heyətində 38 oyuna çıxıb, 40 qol buraxıb, 14 oyunda qapısını toxuulmaz saxlayıb.
Trubinin “Şaxtar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 22 yaşlı Anatoli Trubini 22 milyon avro məbləğində qiymətləndirir.


