Birinci Liqa: 5-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 5-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

5-ci turun qarşılaşmaları 18-20 oktyabr aralığında baş tutacaq.

Birinci Liqa
5-ci tur
18 oktyabr

“İmişli” – “İrəvan”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
İmişli şəhər stadionu, 15:00.

19 oktyabr

“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Difai Ağsu”
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Saatlı OİK stadionu, 15:00.

“Karvan” – MOİK
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Aydın Baxşıyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yevlax şəhər stadionu, 15:30.

20 oktyabr

“Şamaxı” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu, 15:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: