Birinci Liqa: 6-cı turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 6-cı turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 6-cı turun qarşılaşmaları 25-26 oktyabrda baş tutacaq. İlk oyun günündə 3 qarşılaşma keçiriləcək, qalan iki matç isə son günə təsadüf edəcək.

Birinci Liqa
6-cı tur
25 oktyabr

“Zaqatala” – “Araz Saatlı”
Zaqatala OİK stadionu, 14:00.

“Difai Ağsu” – “İmişli”
Ağsu şəhər stadionu, 14:30.

“Karvan” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu, 15:00.

26 oktyabr

“İrəvan” – “Şamaxı”
Bakı. ASK Arena, 13:00.

MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu, 14:00.