Birinci Liqa: “İrəvan”dan “Araz Saatlı”ya 7 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı MOİK – “Şamaxı” oyununda qalib müəyyənləşməyib. “Mingəçevir” – “İmişli” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “İrəvan” isə mövsümə ardıcıl üç məğlubiyyətlə başlamış “Araz Saatlı”nı 7 cavbasız qolla məğlub edib.

Birinci Liqa
4-cü tur
4 oktyabr

“Zaqatala” – “Karvan” 2:2
Qollar: Uensli Ondo, 20-öz qapısına. Bəhruz Teymurov, 43 – Peter Kinqs, 87. Akif Tağıyev, 88.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Zaqatala OİK stadionu, 15:00.

“Difai Ağsu” – “Qaradağ Lökbatan” 0:1
Qol: Seyxan Fərəcov, 29-pen.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağsu şəhər stadionu, 15:30.

5 oktyabr

“İrəvan” – “Araz Saatlı” 7:0
Qollar: Mirabdulla Abbasov, 32. Vüqar Bəybalayev, 42-pen. Arsen Ağcabəyov, 47. Famil Camalov, 64; 73; 83. Vüsal Əsgərov, 71.
Hakimlər: Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 13:00.

MOİK – “Şamaxı” 3:3
Qollar: İsa Zeynallı, 23-pen; 51-pen. Elvin Valiiev, 27 – Emin Zamanov, 40. Qurban Səfərov, 47. Elşad Tağıyev, 88.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 15:00.

“Mingəçevir” – “İmişli” 1:1
Qollar: Elsevər Bəkirzadə, 30 – Gülağa Əsədov, 72.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: