Boatenq Yurgen Klopun biədəb zarafatı haqda xatirəsini danışdı

Qana yığmasının keçmiş yarımmüdafiəçisi Kevin-Prins Boatenq Dortmund “Borussiya”sında ikən, Yurgen Klopun biədəb bir zarafatı haqda danışıb.

Arena.az “Football Talk” dərgisinə istinadən, Boatenqin bu barədə xatirəsini təqdim edir:

“Günlərin bir günündə mən özümə bir cüt yeni ayaqqabı almışdım. Onlar yamyaşıl idi, qurbağa rəngində idi. Klopp hardansa peyda olub yanımdan keçdi, yel buraxıb havanı zəhərlədi və dedi: “Baho, nə gözəl ayaqqabılardır, hətta səslər də çıxarırlar!”, deyə Boatenq gülüşlə xatırlayıb.

Xatırladaq ki, alman mütəxəssis cari mövsümn bitməsilə rəsmən “Liverpul”dan ayrılacaq.

“Liverpul” niderlandlı mütəxəssis Arne Slotun “qırımızılar”ın yeni baş məqşçisi olacağını rəsmən bəyan edib. Slot yeni mövsüm başlaması ilə, vəzifəsinin icrasına başlayacaq.

Xəbəri paylaş: