“Fluminense” və “Boka Xuniors” arasında keçirilmiş Libertadores Kubokunun finalından (2:1) sonra xoşagəlməz xəbər yayılıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Argentina təmsilçisinin bir azarkeşi sevimli komandandasının məğlubiyyətindən mütəəssir olaraq intihar edib.
Xoşagəlməz hadisənin təfərrüatı və azarkeşin kimliyi açıqlanmayıb.
Oyun cənubiamerikan futboluna xas mübarizə və dramatizm şəraitində keçib. Hesabı 36-cı dəqiqədə Kenonun ötürməsindən “Flu”nun argentinalı hücumçusu Xerman Kano açıb. “Boka Xuniors” 72-ci dəqiqədə hesabı bərabərləşdirib. Perulu müdafiəçi Luis Advinkula Kristian Medinanın ötürməsindən fərqlənib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda, 99-cu dəqiqədə Keno yenidən məhsuldar ötürmə ilə fərqlənərək, hücumçu Con Kennediyə qol vurmağa imkan yaradıb, “Flu” hesabda yenidən önə keçib və üstünlüyünü oyunun sonuna qədər qoruya bilib.
Beləliklə, “Fluminense” beynəlxalq turnirlərdə ilk qələbəsini rəsmiləşdirib.


