Braziliya prezidenti: “Messi gənclər üçün fədakarlıq nümunəsidir”

Braziliya prezidenti Lula da Silva argentinalı hücumçu Lionel Messiyə “Qızıl top”un təqdim edilməsinə münasibət bildirib.

Arena.az məlumat verir ki, Lula da Silva bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb:

“Messi braziliyalı oyunçular üçün nümunə olmalıdır. Oğlanın 36 yaşı var, o, dünya çempionudur, “Qızıl top” alıb və bu qəbəlidən hər şey. O, gənclər üçün fədakarlıq nümunəsi olmalıdır.

“Qızıl top”u qazanmaq istəyən hər kəs fədakar, peşəkar olmalıdır. Bu, şənliklər və məclislərlə uyğunlaşmır”.

Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” nəşri ötən mövsümün ən yaxşı futbolçusuna mükafatın təqdim edilməsi mərasimini təşkil edib. Səsvermənin nəticələrinə əsasən, Messi karyerasında səkkizinci “Qızıl top”a layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: