Braziliyalı hücumçu Paçu rəsmən “Turan Tovuz”da – Video

Portuqaliyanın “Trofense” klubunun Braziliyadan olan hücumçusu Luis Henrike Paçu Lira “Turan Tovuz”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Paçu ləqəbi ilə tanınan 27 yaşlı futbolçu ilə 2 illik (2025-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Luis Henrike 2021-ci ildən “Trofense”nin uğurları üçün çalışırdı. O, bu komandada 47 oyun keçirib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha öncə “Botafoqo”, “Qonsalense”, “Santa-Krus”, “Boavişta”, “Lemense”, “Atletiko” (Paraiba), “Sianorte” kimi klublarda da forma geyinib.

“Turan Tovuz” Paçudan öncə Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın və Martin Petkovu da heyətinə qatmışdı. Tovuz klubunda Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Vüsal Məsimov, Piruz Marakvelidze və Belaydi Pusi ilə də yeni müqavilə imzalanıb. Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu isə komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: