Türkiyəli futbol mütəxəssisi Çağlar Volqa bundan sonra “Qəbələ”nin əsas komandasında fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qəbələ”də daha bir təyinat gerçəkləşib. Belə ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Türkiyəli mütəxəssis Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.
Xatırladaq ki, “Qəbələ” bir gün öncə Rakif Əliyevin də Elmar Baxşıyevin köməkçisi təyin olunduğunu açıqlamışdı.


