“Səbail” yarımmüdafiəçisi Cavid Tağıyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqavilə müddəti sona çatdığı üçün futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edilib. “Səbail” PFK Cavidə gələcək karyerasında uğurlar arzu edib.
Cavid Tağıyev 2021/22 mövsümünün əvvəlindən “Səbail”də çıxış edirdi. 29 yaşlı futbolçu geridə qalan mövsümdə “dənizçilər”in heyətində 25 oyuna çıxıb. O, daha öncə “Turan Tovuz”, AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt” və “Sabah”da da forma geyinib.
Xatırladaq ki, “Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov və İbrahim Aslanlı ilə də yollarını ayırmışdı.


