Çempionlar Liqası: 12 klub növbəti mərhələdə!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub.

İki oyunun nəticəsinə görə, “Ferentsvaroş”, “Şerif”, “Malmö”, “Linkoln”, “Flora”, “Dinamo” (Zaqreb), “Ludoqorets”, “Slovan”, “Jalgiris”, HİK, “Mura” və ÇFR klubları növbəti mərhələyə yüksəliblər.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” cavab matçına sabah çıxacaq. “Ağ-qaralar” səfərdə məğlub etdiyi Tiflis “Dinamo”sunu bu dəfə Bakıda qəbul edəcək.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da sabah Norveçin “Bodo-Qlimt” komandasını sınağa çəkəcək. Komandalar arasında Norveçdə baş tutan oyunda “Legiya” 3:2 hesabıyla qələbə qazanıb. Emreli bu matçda 2 qol vurmağa nail olub.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
13 iyul

Hamrun Spartans (Malta) – Flora (Estoniya) 0:3
İlk oyun – 0:2

Linkoln (Cəbəllütariq) – Fola (Lüksemburq) 5:0
İlk oyun 2:2

Riqa (Latviya) – Malmö (İsveç) 1:1
İlk oyun 0:1

Şerif (Moldova) – Teuta (Albaniya) 1:0
İlk oyun 4:0

Priştina (Kosovo) – Ferentsvaroş (Macarıstan) 1:3
İlk oyun 0:3

Mura (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) 5:0
İlk oyun 1:0

Borats (Bosniya və Herseqovina) – ÇFR (Rumıniya) 2:1
İlk oyun 1:3

Buduçnost (Monteneqro) – HİK (Finlandiya) 0:4
İlk oyun 1:3

Linfild (İrlandiya) – Jalgiris (Latviya) 1:2
İlk oyun 1:3

Şemrok Rovers (İrlandiya) – Slovan (Slovakiya) 2:1
İlk oyun 0:2

Şaxtyor (Qazaxıstan) – Ludoqorets (Bolqarıstan) 0:1
İlk oyun 0:1

Valyur (İslandiya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
İlk oyun 2:3

14 iyul

18:00. Kayrat (Qazaxıstan) – Makkabi (Hayfa, İsrail)
İlk oyun 1:1

19:00. Alaşkert (Ermənistan) – Konnah (Uels)
İlk oyun 2:2

21:00. Neftçi – Dinamo (Tiflis, Gürcüstan)
İlk oyun 2:1

22:00. Legiya (Polşa) – Bodo Qlimt (Norveç)
İlk oyun 3:2