Çempionlar Liqası üçün final topu – FOTO

Futbol üzrə UEFA Çempionlar Liqasının bu mövsüm İstanbulda təşkil olunacaq final matçında istifadə olunacaq top təqdim olunub.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Adidas” şirkəti ilə birgə hazırlanan yeni topun dizaynı Çempionlar Liqasının 20 illiyinə həsr olunub. Yeni topdan 1/8 final mərhələsinin oyunları zamanı da istifadə olunacaq.

Çempionlar Liqasının finalı mayın 29-da, Türkiyədə keçiriləcək.