Çempionlar Liqasında 2-ci mərhələyə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası doğma meydanda Kiprin “Omoniya” kollektivi üzərində inamlı qələbəyə sevinib. “Ferentsvaroş” də “Jalgiris”i eyni hesabla məğlub edib.

“ÇFR Kluj” səfərdə “Linkoln”dan, “Şerif” isə “Alaşkert”dən üstün olub.

Vyana “Rapid”i Praqa “Sparta”sını məğlub yola salıbsa, “Seltik” doğma meydanda “Midtyulland”la heç-heçəyə razılaşıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” bu mərhələdəki oyununa sabah çıxacaq. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasının qonağı olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” isə Estoniyanın “Flora” komandasını sınağa çəkəcək. Türkiyənin “Qalatasaray” klubu da səfərdə Niderland PSV-sinin qonağı olacaq.

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul

Alaşkert (Ermənistan) – Şerif (Moldova) 0:1

Linkoln (Cəbəllütariq) – ÇFR Kluj (Rumıniya) 1:2

Ferentsvaroş (Macarıstan) – Jalgiris (Litva) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Omoniya (Kipr) 2:0

Rapid (Vyana, Avstriya) – Sparta (Praqa, Çexiya) 2:1

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka) 1:1