Çempionlar Liqasında alman məşqçilər üçün uğurlu seriya

Futbol üzrə UEFA Çempionlar Liqasında ardıcıl üçüncü mövsüm alman baş məşqçinin çalışdırdığı komanda qalib olub.

Arena.az xəbər verir ki, Yurgen Klopp və Hansi Flikdən sonra Tomas Tuxel də çalışdırdığı komanda ilə sözügedən turnirdə çempionluq yaşayıb.

Klopp 2018/19 mövsümündə İngiltərə “Liverpul”u, Flik 2019/20 mövsümündə Almaniya nəhəngi “Bavariya”nı bu turnirin qalibi etmişdi. Tuxel isə bu mövsüm İngiltərənin “Çelsi” klubunu Çempionlar Liqasının ən güclüsünə çevirib.

Xatırladaq ki, Tuxel “Çelsi”yə mövsümün ortasında baş məşqçi təyin edilmişdi. O, yanvarda Frank Lempardın istefasından sonra bu posta gətirilmişdi.