Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Arena.az xəbər verir ki, Fransanın PSJ klubunun hücumçusu Neymar həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Neymar komandasının “Bavariya”ya 0:1 hesabıyla məğlub olduğu oyunda 3 dəfə qapıya dəqiq zərbə endirib.

Həftənin ən yaxşısı adına Kristian Pulişiç (“Çelsi”, İngiltərə), Kazemiro (“Real”, İspaniya) və İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə) da namizəd idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: