Çempionlar Turunun iştirakçıları açıqlandı: Şəhriyar var, Teymur yox

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 8-ci mərhələsinin iştirakçıları bəlli olub.

Arena.az xəbər verir ki, “Chessable Masters” adlanan turnirdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Turnirdə iştirak edəcək 16 şahmatçıdan 13-nün adı açıqlanıb. Siyahıda 12 yaşında qrossmeyster adını qazanmış ABŞ təmsilçisi Abhimanyu Mişra da var. Digər 3 şahmatçı daha sonra bəlli olacaq.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.