Çempionşipdə çempion bəlli oldu

Futbol üzrə İngiltərə Çempionşipində 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, “Norviç Siti” sona iki tur qalmış çempionluğu təmin edib.

Daniel Farkenin kollektivi ötən gün 45-ci tur çərçivəsində baş tutan “Ridinq”lə oyunda 4:1 hesabı ilə qalib gəlib. Bununla da komanda hesabındakı xalların sayı 96-ya çatdırıb. Beləcə, “Norviç Siti” ən yaxın izləyicisi “Uotford”la fərqi 8-ə çatdırıb.

Qeyd edək ki, “Norviç Siti” gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Həmçinin qeyd edək ki, bu, “Norviç Siti”nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Sonda onu da bildirək ki, ötən mövsüm Premyer Liqada çıxış edən “Norviç Siti” yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü. Bu komanda ilə yanaşı, “Uotford” da növbəti mövsüm üçün elitaya vəsiqəni təmin edib. Qalan bir vəsiqə üçün dörd namizəd var. “Brentford”, “Suonsi Siti”, “Bornmut” və “Barnsli” yeganə vəsiqə uğrunda pley-off oyunları keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: