Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Sabah”ın İsrailin “Hapoel” (Beer-Şeva) komandasına qalib gəldiyi tarixi gündə “Bodo Qlimt” və LASK da Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıblar.
ÇL-in pley-off mərhələsinə sabah yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 avqust
Sabah (Azərbaycan) – Hapoel (Beer-Şeva, İsrail) 5:2 (ilk oyun 1:2)
Bodo Qlimt (Norveç) – Neymegen (Niderland) 3:0 (3:1)
LASK (Avstriya) – Seltik (Şotlandiya) 5:1 (0:3)
26 avqust
23:00. AEK (Yunanıstan) – Levski (Bolqarıstan) (0:0)
23:00. Çelye (Sloveniya) – Slovan (Slovakiya) (1:1))
23:00. Olimpik (Lion, Fransa) – Fənərbağça (Türkiyə) (1:1)
23:00. Vikinq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) (2:2)


