Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
“Sabah”ın Finlandiyada KuPS komandasını mübarizədən kənarlaşdırdığı gündə daha beş kollektiv oxşar uğura imza atıb. “Myalbu”, “Dinamo” (Zaqreb), “Çelye”, “Şturm Qras” və “Ararat” da bu turnirin 3-cü təsnifat mərhələsində iştirak hüququ qazanıblar.
Xatırladaq ki, ÇL-in 2-ci təsnifat mərhələsinin qalan cavab görüşləri sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul
KuPS (Finlandiya) – Sabah (Azərbaycan) 0:2 (ilk oyun 0:1)
Linkoln (Cəbəllüttariq) – Myalbu (İsveç) 0:0 (0:3)
Dinamo (Zaqreb, Xorvatiya) – Tyun (İsveçrə) 3:2 (1:1)
Çelye (Sloveniya) – Eqnatiya (Albaniya) 2:2, penaltilər 4:1 (3:3)
Harts (Şotlandiya) – Şturm Qras (Avstriya) 0:2 (0:4)
Şemrok Rovers (İrlandiya) – Ararat (Ermənistan) 2:1 (0:2)
29 iyul
19:00. Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) (0:1)
20:00. Kauno Jalgiris (Litva) – Klaksvik (Farer adaları) (0:0)
21:00. Lex (Poznan, Polşa) – Orhus (Danimarka) (4:1)
21:30. Hapoel (Beer Şeva, İsrail) – Vikinqur (İslandiya) (1:2)
21:30. Universitatya (Krayova, Rumıniya) – Levski (Bolqarıstan) (0:1)
22:00. Srvena Zvezda (Serbiya) – Larne (Şimali İrlandiya) (4:0)
22:00. Qornik (Polşa) – Fənərbağça (Türkiyə) (0:1)
22:15. Slovan (Bratislava, Slovakiya) – İberiya (Gürcüstan) (2:0)


