ÇL: “Fənərbağça” da “Sabah” kimi tək qolla qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 11 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” doğma meydanda Finlandiyanın KuPS komandasına minimal hesabla qalib gəlib.

“Sabah”ın potensial rəqibləri də bu gün ilk oyunlarına çıxıblar. “Orhus” Danimarkada Polşa təmsilçisi “Lex”lə qarşılaşıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.

Türkiyə təmsilçisi “Fənərbağça” da Polşanın “Qornik” kollektivini tək qolla yenib.

Digər cütlərdə isə aşağıdakı nəticələr qeydə alınıb.

Xatırladaq ki, ÇL-in 2-ci təsnifat mərhələsinin qalan oyunları iyulun 22-də, cavab görüşləri gələn həftə keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul

Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya) 0:4
Vikinqur (İslandiya) – Hapoel (Beer Şeva, İsrail) 2:1
Klaksvik (Farer adaları) Kauno Jalgiris (Litva) 0:0
Şturm Qras (Avstriya) – Harts (Şotlandiya) 4:0
Fənərbağça (Türkiyə) – Qornik (Polşa) 1:0
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Orhus (Danimarka) – Lex (Poznan, Polşa) 1:4
Ararat (Ermənistan) – Şemrok Rovers (İrlandiya) 2:0
İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 0:2
Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq) 3:0
Sabah (Azərbaycan) – KuPS (Finlandiya) 1:0

22 iyul

21:00. Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)
21:30. Levski (Bolqarıstan) – Universitatya (Krayova, Rumıniya)
23:00. Eqnatiya (Albaniya) – Çelye (Sloveniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: