ÇL: “Fənərbağça” Lion “Olimpik”i ilə bacarmadı

Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Fransa təmsilçisi ilə görüşdə qalib müəyyənləşməyib.

“Dinamo” (Zaqreb) – “Vikinq” və “Levski” – AEK matçları da bərabərliklə yekunlaşıb.

Azərbaycan çempionu “Sabah” isə həlledici raundda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Bu görüş sabah keçiriləcək.

ÇL-in pley-off mərhələsinin cavab matçları isə 25-26 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları

18 avqust

Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç) 2:2
Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa) 1:1
Levski (Bolqarıstan) – AEK (Yunanıstan) 0:0

19 avqust

23:00. Seltik (Şotlandiya) – LASK (Avstriya)
23:00. Hapoel (Beer-Şeva, İsrail) – Sabah (Azərbaycan)
23:00. Neymegen (Niderland) – Bodo Qlimt (Norveç)
23:00. Slovan (Slovakiya) – Çelye (Sloveniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: