ÇL: MY – “Sabah” oyununu fransalı hakim idarə edəcək

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 1-ci turunun “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri bəlli olub.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

İngiltərədə baş tutacaq bu oyunu fransalı hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delajo olacaq. FIFA referisinə həmyerliləri – yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernice yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. AVAR-da isə Serbiyadan olan Momçilo Markoviç fəaliyyət göstərəcək.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da “Old Trafford” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Yeri gəlmişkən, UEFA Gənclər Liqasında da İngiltərənin “Mançester Yunayted” və “Sabah”ın U-19 komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub. Bu qarşılaşma Belçikadan olan ədalət təmsilçilərinə tapşırılıb. FIFA referisi Simon Burdohueyə həmyerliləri Maykl Qeerolf və Yonas Van Duk kömək göstərəcəklər. Görüşün dördüncü hakimi hələlik açıqlanmayıb.

UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: