ÇL: “Orhus” – “Sabah” matçı üçün sloven hakim

UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Orhus” – “Sabah” matçının hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Danimarkada keçiriləcək ilk oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətdə Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.

VAR hakimi Matey Yuq, onun köməkçisi isə Alen Boroşak olacaq.

Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin “Orhus” – “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək. “Randers Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Bu komandalar arasındakı cavab matçı isə avqustun 11-də “Masazır Arena”da olacaq. Oyunun start fiti saat 20:00-da səslənəcək. Həmin oyunu portuqaliyalı hakimlər idarə edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: