ÇL: “Qalatasaray” “Sportinq”ə qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, 1-ci turun ikinci oyun günündə daha 6 oyun baş tutacaq.

Günün mərkəzi qarşılaşması İngiltərə baş tutacaq. Madrid “Atletiko”su səfərdə “Liverpul”la üz-üzə gələcək. “Napoli” ilə İngiltərə təmsilçisi “Arsenal” arasındakı oyuna da maraq böyükdür.

ÇL-in sonuncu qalibi PSJ evdə Bratislava “Slovan”ı ilə qarşılaşacaq. Türkiyə çempionu “Qalatasaray” isə ilk turda Portuqaliyada “Sportinq”in qonağı olacaq.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsində ilk turun digər oyunları sentyabrın 10-da baş tutacaq. Azərbaycan çempionu “Sabah” da sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur

9 sentyabr

20:45. Barselona (İspaniya) – Feyenord (Niderland)
20:45. Ştutqart (Almaniya) – Vikinq (Norveç)
23:00. Liverpul (İngiltərə) – Atletiko (İspaniya)
23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)
23:00. PSJ (Fransa) – Slovan (Slovakiya)
23:00. Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: