Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, 1-ci turun ikinci oyun günündə daha 6 oyun baş tutub.
Günün mərkəzi qarşılaşması İngiltərə baş tutub. Madrid “Atletiko”su səfərdə “Liverpul”la üz-üzə gəlib və məğlub olub. “Napoli” ilə İngiltərə təmsilçisi “Arsenal” arasındakı oyuna da maraq böyük idi. Bu görüşdə də ingilislər qələbəyə seviniblər.
ÇL-in sonuncu qalibi PSJ evdə Bratislava “Slovan”ı ilə qarşılaşıb və darmadağına sevinib. “Barselona” da evdə “Feyenoord”a böyük hesabla qalib gəlib.
Türkiyə çempionu “Qalatasaray” isə ilk turda Portuqaliyada “Sportinq”in qonağı olub və məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsində ilk turun digər oyunları sentyabrın 10-da baş tutacaq. Azərbaycan çempionu “Sabah” da sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
9 sentyabr
Barselona (İspaniya) – Feyenord (Niderland) 5:1
Ştutqart (Almaniya) – Vikinq (Norveç) 3:1
Liverpul (İngiltərə) – Atletiko (İspaniya) 2:1
Napoli (İtaliya) – Arsenal (İngiltərə) 0:1
PSJ (Fransa) – Slovan (Slovakiya) 6:1
Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə) 3:1


