Futbol üzrə Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Söhbət “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə görüşlərdən gedir.
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Azərbaycan çempionu “Mançester Yunayted” (İngiltərə) ilə sentyabrın 10-da, “Vikinq”lə (Norveç) noyabrın 4-də, “Vilyarreal”la (İspaniya) dekabrın 8-də, “Arsenal”la (İngiltərə) isə gələn il yanvarın 27-də qarşılaşacaq.
“Sabah”ın ÇL-in mərhələsində keçirəcəyi ev oyunlarının təqvimi isə belədir:
2-ci tur
13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Çexiya)
3-cü tur
20 oktyabr
20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)
5-ci tur
25 noyabr
21:45. “Sabah” – “Barselona” (İspaniya)
7-ci tur
20 yanvar
21:45. “Sabah” – “Napoli” (İtaliya)


