Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Monakoda təşkil edilmiş püşkatma mərasimində Liqa mərhələsinin 36 iştirakçısı rəqiblərini tanıyıb.
Püşk ərəfəsində komandalar 4 səbətə bölünmüşdülər. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer almışdı.
Püşkün nəticəsinə əsasən, “Sabah”ın bəxtinə aşağıdakı komandalar düşüblər. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.
1-ci səbətdən
“Barselona”, İspaniya (Bakıda)
“Arsenal”, İngiltərə (səfərdə)
2-ci səbətdən
“Borussiya”, Dortmund, Almaniya (Bakıda)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)
3-cü səbətdən
“Vilyarreal”, İspaniya (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)
4-cü səbətdən
“Slaviya”, Praqa, Çexiya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)
Qeyd edək ki, ÇL-in Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək. Əsas mərhələnin tam təqvimi, oyunların tarixləri və başlama saatları qarşıdakı günlərdə açıqlanacaq.






