Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilmiş mərasimdə Azərbaycan çempionu “Sabah”ın da növbəti mərhələdəki potensial rəqibləri bəlli olub.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandasını məğlub etsə, “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək. “Sabah” ilk çatçını səfərdə keçirəcək.
Türkiyənin “Fənərbağça” komandasının da ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsində Polşanın “Qurnik” komandasını məğlub edə bilsə, növbəti raundda “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Püşkün nəticələrinə əsasən cütlər belə formalaşıb:
UEFA Çempionlar yolu
3-cü təsnifat mərhələsi
Tyun (İsveçrə)/Dinamo (Zaqreb, Xorvatiya) – Klaksvik (Farer adaları)/Jalgiris Kaunas (Litva)
Myallbü (İsveç)/Linkoln (Cəbəllütariq) – İberiya (Gürcüstan)/Slovan (Slovakiya)
Levski (Bolqarıstan)/Universitatya Krayova (Rumıniya) – Omoniya (Kipr)/Kayrat (Qazaxıstan)
Orhus (Danimarka)/Lex (Polşa) – KuPS (Finlandiya)/Sabah (Azərbaycan)
Ararat (Ermənistan)/Şemrok Rovers (İrlandiya) – Eqnatiya (Albaniya)/Çelye (Sloveniya)
Vikinqur (İslandiya)/Hapoel (Beer-Şeva, İsrail) – Larne (Şimali İrlandiya)/Srvena Zvezda (Serbiya)
Olimpiakos (Yunanıstan) – NEK (Niderland)
Yunion (Belçika) – Bodo Qlimt (Norveç)
Fənərbağça (Türkiyə)/Qurnik (Polşa) – Şturm (Avstriya)/Harts (Şotlandiya)
Sparta (Praqa, Çexiya) – Olimpik (Lion, Fransa)


