ÇL: “Sabah”ın nəhənglərlə oyunlarının təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək.

Ölkə çempionu oktyabrın 13-də, Bakıda Çexiyanın “Slaviya”, 20-də Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.

Noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq “bayquşlar” noyabrın 25-də Bakıda “Barselona” ilə qarşılaşacaqlar.

“Sabah” dekabrın 8-də İspaniyada “Vilyarreal”la münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, bakılılar 2027-ci il, yanvarın 20-də “Napoli”ni qəbul edəcək, yanvarın 27-də İngiltərədə “Arsenal”la üz-üzə gələcəklər.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə mübarizəni dayandıracaqlar.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi

10 sentyabr
Mançester Yunayted (İngiltərə) – Sabah

13 oktayabr
Sabah – Slaviya (Praqa, Çexiya)

20 oktyabr
Sabah – Borussiya (Dortmund, Almaniya)

4 noyabr
Vikinq (Norveç) – Sabah

25 noyabr
Sabah – Barselona (İspaniya)

8 dekabr
Vilyarreal (İspaniya) – Sabah

20 yanvar
Sabah – Napoli (İtaliya)

27 yanvar
Arsenal (İngiltərə) – Sabah

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: