ÇL: “Sabah”ın “Orhus”la hər iki matçının vaxtı bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan) qarşılaşmasının vaxtı müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasındakı ilk matç avqustun 5-də Danimarkanın Randers şəhərində keçiriləcək. “Randers Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Komandaların cavab oyunu isə avqustun 11-də Masazırda keçiriləcək. “Masazır Arena”da təşkil ediləcək oyunun start fiti saat 20:00-da səslənəcək.

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS Komandasını mübarizədən kənarlaşdırıb – evdə 1:0, səfərdə 2:0.

“Orhus” isə ötən raundda evdə 1:4 hesabıyla uduzduğu Polşanın “Lex” komandasını səfərdəki böyük əzmkarlıq sayəsində mübarizədən kənarlaşdırıb. Cavab görüşündə 4:1 hessablı qələbəyə sevinmiş Danimarka təmsilçisi penaltilər seriyasında bu rəqibini mübarizədən kənarlaşdırmaqla ÇL-də Azərbaycan çempionuna rəqib olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: