Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Sabah” həlledici raundun ilk oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandasına məğlub olub.
“Seltik” də LASK-la ilk oyundan qalib ayrılıb. 3 cavabsız qola sevinən Şotlandiya nəhənginin heyətində bu yay “Qarabağ”dan transfer edilmiş Kamilo Duran dubla imza atıb.
“Neymegen” “Bodo Qlimt”lə ev oyununda məğlub olubsa, “Slovan” – “Çelye” görüşündə qalib müəyyənləşməyib.
ÇL-in pley-off mərhələsinin cavab matçları isə 25-26 avqustda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
18 avqust
Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç) 2:2
Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa) 1:1
Levski (Bolqarıstan) – AEK (Yunanıstan) 0:0
19 avqust
Seltik (Şotlandiya) – LASK (Avstriya) 3:0
Hapoel (Beer-Şeva, İsrail) – Sabah (Azərbaycan) 2:1
Neymegen (Niderland) – Bodo Qlimt (Norveç) 1:3
Slovan (Slovakiya) – Çelye (Sloveniya) 1:1


