Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Eqnatiya” (Albaniya) – “Çelye” (Sloveniya) matçında qalib müəyyənləşməyib. Albaniya klubunun azərbaycanlı müdafiəçisi Zamiq Əliyev görüşün iştirakçısı olmayıb.
“Omoniya” (Kipr) “Kayrat”ı (Qazaxıstan), “Levski” (Bolqarıstan) isə “Universitatya”nı (Krayova, Rumıniya) tək qolla yenib.
Xatırladaq ki, ÇL-in 2-ci təsnifat mərhələsinin cavab görüşləri gələn həftə keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
21 iyul
Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya) 0:4
Vikinqur (İslandiya) – Hapoel (Beer Şeva, İsrail) 2:1
Klaksvik (Farer adaları) Kauno Jalgiris (Litva) 0:0
Şturm Qras (Avstriya) – Harts (Şotlandiya) 4:0
Fənərbağça (Türkiyə) – Qornik (Polşa) 1:0
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Orhus (Danimarka) – Lex (Poznan, Polşa) 1:4
Ararat (Ermənistan) – Şemrok Rovers (İrlandiya) 2:0
İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 0:2
Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq) 3:0
Sabah (Azərbaycan) – KuPS (Finlandiya) 1:0
22 iyul
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 1:0
Levski (Bolqarıstan) – Universitatya (Krayova, Rumıniya) 1:0
Eqnatiya (Albaniya) – Çelye (Sloveniya) 3:3


