Coşqun Diniyev qol ötürməsi verdi, komandası qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 9-cu turu çərçivəsində baş tutan “Manisa” ilə oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2. Bu, mövsümə çox uğursuz başlamış İstanbul təmsilçisinin ardıcıl ikinci qələbəsidir.

Coşqun bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının 13-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də Diniyev verib.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 9 oyuna çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

9 turdan sonra “Ümraniyəspor” 8 xalla 18 iştirakçıarasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: