Coşqun Diniyev üçün 5 dəqiqə və 3 xal – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 33-cü turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Coşqunun komandası hər iki qolu ikinci hissədə rəqib qapısından keçirib.

Coşqun bu oyunun 85-ci dəqiqəsində meydana buraxılıb.

Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 11-ci qələbəsidir. Futbolçumuzun komandası qalan oyunlarda 7 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

33 turdan sonra “Ümraniyəspor” 40 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 33 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: