Əfsanəvi fransalı hücumçu David Trezeqe fransızları PSJ-nin sabiq hücumçusu Lionel Messi ilə sərt rəftarına görə tənqid edib.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
Xatırladaq ki, PSJ-nin azarkeşləri Lionel Messini Parisdə olduğu müddətdə mütəmadi olaraq tənqid edirdilər.
“Fransa heç vaxt şəxsiyyətləri başa düşməyib, o cümlədən Messini, həmçinin onun İngiltərə, İtaliya, İspaniya və Almaniya çempionatları fonunda Fransa çempionatının statusunu nə qədər yüksəltdiyini.
Fransa heç vaxt istedadı dəyərləndirməyib. Əminəm ki, fransızlar Messinin PSJ-dən getməsinə artıq peşmandırlar. Onlar status, sima və nüfuz baxımından Fransa çempionatına yeni səviyyə qazandıran insanı itiriblər. Fransaya müvafiq səviyyəli oyunçular çox az gəlirlər.
Fransada tənqidlər çox sərt idi, xüsusən də Fransa televiziyasında çalışan sabiq həmkarlarımdan. Tənqid Messinin ünvanına deyil, ümumilikdə bütün Fransa futboluna münasibətdə idi. Onların arasında mənim yaxşı dostum Tyerri Anri də vardı, həmçinin Düqarri və Lizarazyu kimi televiziyanın ən mühüm və diqqətəlayiq adamları da vardı. Onlar Messini qorumağa, istedadı qorumağa, ümumiyyətlə futbolun sehrini qorumağa çalışırdılar. Fransada müvafiq etirafa tezliklə çatılmayacaq”, deyə Trezeqe bildirib.
Xatırladaq ki, David Trezeqe 2000-2010-cu illərdə “Yuventus”da çıxış edib. Argentinaəsilli fransalı hücumçu “Qoca sinyora”nın heyətində ən çox qol vurmuş əcnəbi futbolçudur – 171 qol.


