Davit Volkov Premyer Liqada 30-cu qolunu vurdu

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub. Arena.az xəbər verir ki, Gürcüstandan olan legionerin yubileyi Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.

Davit Volkov “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub – 2:1. Premyer Liqada 2019-cu ildə debüt edən hücumçu üç klubun heyətində fərqlənib. O, “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 qola imza atıb.

Xatırladaq ki, Davitin ilk topu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: