ABŞ, Meksika və Kanadada təşkil edilmiş futbol üzrə dünya çempionatı (DÇ-2026) mundiallar tarixində ilkə səhnə olub.
Arena.az xəbər verir ki, ilk dəfə olaraq bir dünya çempionatında üç futbolçu ən azı 7 qol həddini keçib.
Bu göstəriciyə Fransa millisinin hücumçusu Kilian Mbappe, Argentina millisinin kapitanı Lionel Messi və Norveç millisinin bombardiri Erlinq Haland nail olublar.
Hazırda hər üç futbolçu turnirin bombardirlər siyahısına başçılıq edir. Bununla belə, Messi digər iki rəqibindən fərqli olaraq, hələ 1/8 final oyununa çıxmayıb. Argentina millisi bu mərhələdə Misirlə qarşılaşacaq.
Bundan əvvəl dünya çempionatlarında eyni turnirdə üç və ya daha çox futbolçunun vurduğu ən yüksək göstərici 6 qol idi.
1954-cü il mundialında Macarıstan millisinin hücumçusu Şandor Koçiş 11, İsveçrə millisindən Yozef Hügi, Almaniya millisindən Maks Morlok və Avstriya millisindən Erix Probst isə hərəyə 6 qol vurmuşdular.
1958-ci il dünya çempionatında isə Fransa millisinin əfsanəsi Jüst Fonten 13 dəfə fərqlənmiş, Braziliya millisinin ulduzu Pele və Almaniya millisinin hücumçusu Helmut Ran hərəyə 6 qol müəllifi olmuşdular.
Beləliklə, Mbappe, Messi və Halandın bu mundialdakı məhsuldarlığı dünya çempionatları tarixində yeni rekordun qeydə alınmasına səbəb olub.
DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.


