DÇ-2026: Fransa darmadağınla 1/8 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Fransa millisi 1/8 finala vəsiqə uğrunda İsveç yığması ilə qarşılaşıb. Nyu-Cersidə (Nyu-York, ABŞ) təşkil edilmiş matçda fransızlar 3:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubla imza atıb. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.

Bu qələbə sayəsində 1/8 finala yüksəlmiş Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.

Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.

DÇ-2026
1/16 final
1 iyul

Fransa – İsveç 3:0
Qollar: Kilian Mbappe, 45; 74. Bradli Barkola, 53.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: