Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam “xoruzlar”ın 2023-cü ildəki çıxışını şərh edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən Deşamın bu barədə fikirlərini təqdim edir:
“Biz nəsil dəyişikliyinin baş verdiyi bir ili yaşayırıq. Biz bu seçmə mərhələdə yenilənmiş, ruhu və güclü tərəfləri olan komanda ilə məğlubiyyətsiz olduq.
Növbəti mərhələyə keçməzdən və Avropa çempionatına hazırlaşmazdan əvvəl böyük zövq alıram. Fransa komandası çox, çox yüksək səviyyəsini qoruyur. Oyunçular dəyişsə belə, bunun baş verməsi vacibdir”, deyə Deşam bildirib.
Xatırladaq ki, Fransa yığması 2024-cü il Avropa çempionatının seçmə turnirinin “B” qrupunu lider olaraq tamamlayıb. “Xoruzlar” 8 oyunda 22 xal toplayıblar: 7 qələbə, 1 heç-heçə, top fərqi isə 29:3 nisbətindədir.


