Fransa yığmasının baş məşqçisi Didye Deşam Çempionlar Liqasının cari mövsümündə fransız mütəxəssislərin yoxluğuna münasibət bildirib.
Arena.az xəbər verir ki, 57 yaşlı fransız mütəxəssis sözügedən məqama cavabı ilə diqqət çəkib:
“Bəli, buna təəssüflənirəm. Hesab edirəm ki, fransız məşqçiləri hətta Fransada belə qiymətləndirmirlər. Elə, xaricdə də onlar getdikcə hey azalır… Doğrudanmı, “biz” deyirəm, çünki özümü fransız məşqçi hesab edirəm, digərləri kimi, elə də yaxşı deyilik? Belə düşünmürəm. Başqaları daha təşkilatlanmışdırlarmı – bütün bundan irəli gələn geniş mənada?”, deyə təcrübəli mütəxəssis düşüncəli tərzdə xitab edib.
Xatırladaq ki, Didye Deşam 2012-ci ildən Fransa yığma komandasına rəhbərlik edir. O, daha öncə “Monako”, “Yuventus” və Marsel “Olimpik”ində də baş məşqçi kimi çalışıb.


