Deşam İspaniya yığmasına məğlubiyyətə aydınlıq gətirdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam AÇ-2024-ün yarımfinalında İspaniya yığmasına məğlubiyyətə (1:2) aydınlıq gətirib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İspaniya yığması bu gün çox yaxşı komanda olduğunu sübut etdi. Hesabı açmaq bizə müyəssər oldu, amma rəqib topa daha yaxşı nəzarət etdiyi üçün bizə fəsadlar yaratdı. Bu gün İspaniya yığması öz bacarığını nümayiş etdirdi. Azacıq gecikirdik və yəqin ki, o qədər də təravətli deyildik, bu da bəzi texniki xətalara səbəb oldu, xüsusən də hücumumuzda. Biz kifayət qədər mütəmadi irəli getmədik, buna görə də olmağımız gərək olan yerimizi də aldıq”, deyə Deşam nəticə ilə tam razılaşdığını başa düşməyə əsas verib.

Beləliklə, AÇ-2024 ərəfəsində tərifi göylərə qaldırılan Fransa yığması sürünə-sürünə yüksəldiyi yarımfinalda məğlub olaraq, evə gedir. İspaniya yığması isə iyulun 14-də Avropa çempionatının həlledici oyuna çıxacaq. “Qırımızı qəzəb”in finaldakı rəqibi Niderland – İngiltərə cütünün qalibi olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: