Deşam Makronun həyat yoldaşına cavabı ilə gündəm oldu

Fransa yığmasının baş məşqçisi Didye Deşam ölkə prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin sualına cavabı ilə gündəm olub.

Arena.az “Portail Free” dərgisinə istinadən məlumat verir ki, Brijit Makron Didye Deşama belə bir sual ünvanlayıb:

“Reyms”də çox yaxşı oynayan bir yapon oyunçu var! Bu, İtodur. O, çox yaxşıdır. Onu komandaya çağırmalıyıq, Didye! Siz niyə onu çağırmırsınız?” deyə Brijit maraqlanıb.

Didye Deşamın cavabı xanım Bijiti gülməli vəziyyətə salıb: “Axı, çünki o, yapondur”, deyə Deşam təmkinlə cavab verib.

Vurğulayaq ki, söhbət Yaponiya yığmasının “Reyms”də çıxış edən yarımmüdafiəçisi Dzunya İto haqda gedib.

Didye Deşam Fransa yığmasını 2012-ci ilin yayından çalışdırır. Fransız mütəxəssisin rəhbərliyi altında “xoruzlar” 2018-ci il FIFA Dünya Kubokunun, 2021-ci ildə Avropa Millətlər Liqasının qalibi olublar. 2016-cı il Avropa çempionatında və 2022-ci il dünya çempionatında isə Deşamın “xoruzlar”ı finalda məğlub olaraq, gümüş medallarla kifayətləniblər. Didye Deşam çalışdırdığı kollektiv sabit çıxışı ilə seçilir və son beş il ərzidə mütəmadi olaraq FIFA-nın Dünya reytinqində ilk beşlikdə yer alır. Hazırda da Fransa yığması müvafiq reytinqin 5-ci pilləsində yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: