Didye Deşam: “7 qol imkanımız var idi, üçünü vurduq”

Futbol üzrə Fransa yığma komandasının baş məşqçisi Didye Deşam Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Fransa və Azərbaycan yığmaları bu gün Parisdə üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İstədiyimiz nəticəni əldə etdik. Amma bu hesab məni qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində vertikallıq az idi. İstədiklərimizi etməyə çalışdıqda çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacağam. Daha çox qol vura bilərdik. 7 qol imkanımız var idi, üçünü vurduq.

Kilian Mbappe ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: