Fransa yığmasının baş məşqçisi Didye Deşam PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin “Qızıl topa” layiq olduğunu düşünür.
Arena.az xəbər verir ki, “Mövsümün yekunlarına əsasən, Mbappe “Qızıl topa” layiqdirmi?”, sualına Didye Deşam çox əminliklə və mümkün ən qısa cavabı verib:
“Hə”, deyə Deşam mövzunu qapayıb.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində 43 oyunda meydana çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.
Xatırladaq ki, Mbappe bu mövsüm PSJ ilə Fransa çempionluğunu qazanıb. O, Fransa yığması ilə DÇ-nin finalına yüksələrək finalda het-trikə imza atsa da, fransızlar oyunsonrası penaltilərdə məğlub olaraq “gümüş”lə kifayətləniblər.